Rəşad Nəbiyev: “2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq”

Rəşad Nəbiyev: “2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq” “Bu gün dünyada 3,6 milyard insan internetə çıxışı olmadığı kimi Azərbaycan da bundan xali deyil".
İKT
300
24 Sentyabr , 2021 11:04
Rəşad Nəbiyev: “2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq”
Rəşad Nəbiyev

“Bu gün dünyada 3,6 milyard insanın internetə çıxışı olmadığı kimi, Azərbaycan da bundan xali deyil. Bu gün ölkədə kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilə qədər fiberin evə kimi çatdırılması məsələsidir".

“Report” xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda bildirib.

“Bununla bağlı Prezidenti İlham Əliyevin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, biz 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə həmin inklüzivliyi təmin etmək üçün interneti çatdrımış olacağıq”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi