“Realme” ucuz smartfonlarını təqdim edib

“Realme” ucuz smartfonlarını təqdim edib “Realme” şirkəti yeni “Q2” və “Q2 Pro” ucuz smartfonlarını təqdim edib.
İKT
13 Oktyabr , 2020 16:23
“Realme” ucuz smartfonlarını təqdim edib

“Realme” şirkəti yeni “Q2” və “Q2 Pro” ucuz smartfonlarını təqdim edib.

“Report” “Fone Arena”ya istinadən xəbər verir ki, hər iki cihaz 2,4 Ggz-dək tezlikli “MediaTek Dimensity 800U” səkkiznüvəli prosesorla, 5G modemlə, “ARM Mali-G57 MC3” sürətləndirici ilə təchiz olunub.

Həmçinin “Q2” smartfonunda Full HD+ təsvirli, 120 gz yenilənməsi olan 6,5 düyümlük ekranı və yan barmaq izi skaneri, “Q2 Pro”da isə eyni təsvirli 6,4 düyümlük AMOLED ekranı var. Sonuncu cihazda 60 gz yenilənməsi olan barmaq izi skaneri ekranın özündədir.

“Q2-də ən güclüsü 48 MP olan üç kamera, 5000 mA batareya, 30 vt-lıq Dart Charge adapteri, “Q2 Pro”da isə dörd kamera və təsviri tutqunlaşdıran 2MP sensor, 4300 MA batareya, 65 vt-lıq Super Dart Charge adapteri ilə təchiz olunub.

“Q2”nin ən ucuz variantı 4-128 GB 180 ABŞ dollarından, 256 GB ROM və 8 GB RAM-a malik “Q2 Pro” isə 265 ABŞ dollarından satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi