​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib Şuraya artıq sahibkarlardan müraciətlər daxil olur
İKT
2 Aprel , 2016 09:21
​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apellyasiya Şurasının iclası keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılan Apellyasiya Şurasının növbəti iclası keçirilib. “Report” nazirliyə istinadən bildirir ki, iclasda Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan ümumrespublika seminar-müşavirəsində səsləndirilən fikirlər, verilən tapşırıq və tövsiyələr bir daha Şura üzvlərinin diqqətinə çatdırılıb.

Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair Metodiki Təlimat”a uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”la bağlı Şura üzvlərinin verdiyi təkliflər müzakirə edilib.

Şuraya artıq sahibkarlardan müraciətlərin daxil olduğu da diqqətə çatdırılaraq, şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, dəqiq və obyektiv aparılmasına dair müvafiq tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi