Rabitə və yüksək texnologiyalar naziri Şəmkirdə vətəndaşlarla görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Şəmkirdə vətəndaşlarla görüşüb Bununla yanaşı, aidiyyəti rayonların telekommunikasiya qovşaqları və poçt filiallarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib
İKT
30 Sentyabr , 2016 16:55
Rabitə və yüksək texnologiyalar naziri Şəmkirdə vətəndaşlarla görüşüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Şəmkir şəhərində vətəndaşlarla görüş keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlər dinlənilib. Qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb, digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq. 

Regional səfər çərçivəsində nazir aidiyyəti rayonların telekommunikasiya qovşaqları və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb. Aparılan işlərdə və islahatlarda əsas məqsədin vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsi olduğu diqqətə çatdırılıb. Toplantıda R.Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib. 

Son xəbərlər

Orphus sistemi