Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşü olub Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.
İKT
23 Yanvar , 2018 20:51
Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışılıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edilib və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi