​"Elektron hökumət" portalına yeni xidmətlər əlavə edilib

​"Elektron hökumət" portalına yeni xidmətlər əlavə edilib Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi “Elektron hökumət” portalında yerləşdiriləcək
İKT
114
28 Avqust , 2015 09:22
​Elektron hökumət portalına yeni xidmətlər əlavə edilib

Bakı. 28 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarla, "Elektron məhkəmə", “Tələbə-məzun”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi, Ailə tərkibi və təsərrüfatı barədə, qəyyumluqda (himayədə) olan uşaqlar haqqda məlumatlar, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na əlavə edilib.

Son xəbərlər

Orphus sistemi