Azərbaycanda dayanıqlı inkişaf məsələləri ilə bağlı informasiya portalının təqdimatı keçirilib

Azərbaycanda dayanıqlı inkişaf məsələləri ilə bağlı informasiya portalının təqdimatı keçirilib Azərbaycan Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondu ilə birgə dayanıqlı inkişaf məsələləri ilə bağlı informasiya portalının təqdimatını keçirib.
İKT
2 İyul , 2019 17:22
Azərbaycanda dayanıqlı inkişaf məsələləri ilə bağlı informasiya portalının təqdimatı keçirilib

Azərbaycan Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondu ilə birgə dayanıqlı inkişaf məsələləri ilə bağlı informasiya portalının təqdimatını keçirib. 

"Report" xəbər verir ki, təqdimat mərasimində Komitə sədri Tahir Budaqov, Baş Nazirin müavini Əli Əhmədov, Birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, həmçinin Azərbaycan hökumətini təmsil edən digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan T.Budaqov qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədiləri gostəriciləri üzrə milli səviyyədə müxtəlif mənbələrdən əldə olunacaq məlumatlarin vahid mənbədən yayılması ilə yanaşı, portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayacaq.

"Azərbaycan və ingilis dillərində olan bu vahid milli onlayn məlumat mənbəyi Dayanıqlı İnkişaf Məqsədləri sahəsində statistik məlumatlar, baş verən yeniliklər, geniş maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən dövlət proqramları və müxtəlif tədbirlər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyətləri institutları, KİV, regional və beynəlxalq təşkilatları xəbərdar etmək üçün əlverişli informasiya mühiti yaradacaq", - deyə T.Budaqov qeyd edib.

Son xəbərlər

Orphus sistemi