Dron-helikopter Marsda uğurlu uçuş həyata keçirib

Dron-helikopter Marsda uğurlu uçuş həyata keçirib "Ingenuity" dron-helikopteri Marsda 13-cü uçuşunu uğurla başa vurub.
İKT
1289
5 Sentyabr , 2021 15:44
Dron-helikopter Marsda uğurlu uçuş həyata keçirib

"Ingenuity" dron-helikopteri Marsda 13-cü uçuşunu uğurla başa vurub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın "Jet Propulsion" laboratoriyası məlumat yayıb.

Saniyədə 3,3 metr sürətlə uçan dron-helikopterin uçuş məsafəsi 210 metr olub.

Qeyd edək ki, 1,8 kiloqramlıq “Ingenuity” dron-helikopteri ilk dəfə aprelin 19-da Mars səthindən 3 metr yüksəyə qalxıb və havada cəmi 39,1 saniyə qalıb.

Hazırlanması 80 milyon dollara başa gələn “Ingenuity” dron-helikopterin əsas missiyası qədim zamanlarda Qırmızı planetdə mövcud ola biləcək həyat izlərini aşkarlamaqdır.

Son xəbərlər

Orphus sistemi