Çin blokçeyn innovasiyaların inkişaf planını açıqlayıb

Çin blokçeyn innovasiyaların inkişaf planını açıqlayıb Blokçeyn layihələrin dəstəklənməsi üçün dövlət tərəfindən maliyyə ayrılması üçün xüsusi fond yaradılacaq
İKT
7 İyul , 2020 14:01
Çin blokçeyn innovasiyaların inkişaf planını açıqlayıb

Pekin 2020-2022-ci illər üçün blokçeyn innovasiyaların inkişafı üzrə fəaliyyət planını açıqlayıb. Bunun Çin paytaxtının blokçeyn texnologiyası sahəsində dünyanın ən nüfuzlu innovasiya mərkəzlərindən birinə çevrilməsinə imkan verəcəyi gözlənilir.

“Report” “Sinhua”ya istinadən xəbər verir ki, planda 20 konkret tapşırıq, o cümlədən blokçeyn texnologiyası sahəsində nəzəri və texnoloji tədqiqatlar üçün platformaların yaradılması, çoxprofilli tətbiqlərin ssenarilərinin yaradılması və həyata keçirilməsi, habelə bu sənayedə aparıcı kadr bazasının formalaşdırılması yer alıb.

Maliyyə və vergi sahəsində Pekin rəsmiləri diqqətini daşınmaz əmlak və vahid elektron hesabların qeydiyyatı üçün blokçeyn texnologiyasının imkanlarından istifadə etməyə yönəldəcək. Şəhər həmçinin blokçeyn innovasiyaların və böyümə üçün böyük potensiala sahib müəssisələrin inkişafı üçün əlverişli iş mühiti yaratmağı planlaşdırır.

Üstəlik, blokçeyn layihələrin dəstəklənməsi üçün dövlət tərəfindən maliyyə ayrılması üçün xüsusi fond yaradılacaq.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Çin blekçeyn texnologiyasına əsaslanan və ağıllı şəhərlərin və rəqəmsal iqtisadiyyatın inkişafına kömək etmək üçün ümummilli xidmət şəbəkəsini (BSN) istifadəyə verib.

Son xəbərlər

Orphus sistemi