Pasportla çəkilmiş selfi üçün 40 dollar: Kaspersky qara bazarı təhlil edib

Pasportla çəkilmiş selfi üçün 40 dollar: Kaspersky qara bazarı təhlil edib “Kaspersky” on ingilis və rus dilli beynəlxalq kölgə (qeyri-rəsmi) forumunu təhlil edib və bu gün qara bazarda istifadəçi məlumatlarına hansı qiymətlərin qoyulduğunu öyrənib.
İKT
256
21 Dekabr , 2020 14:30
Pasportla çəkilmiş selfi üçün 40 dollar: Kaspersky qara bazarı təhlil edib

“Kaspersky” on ingilis və rus dilli beynəlxalq kölgə (qeyri-rəsmi) forumunu təhlil edib və bu gün qara bazarda istifadəçi məlumatlarına hansı qiymətlərin qoyulduğunu öyrənib.

“Report”un şirkətə istinadən verdiyi məlumata görə, qiymətlərin olduqca yüksək olduğu ortaya çıxıb.

Pasport və ya sürücülük vəsiqəsi kimi (sənəd başına 40-60 ABŞ dolları) sənədlərlə selfi, tibbi sənədlər (tam xəstə kartı üçün 30 ABŞ dolları), bank kartı məlumatları (20 ABŞ dollarına qədər), PayPal hesabı (500 ABŞ dollarına qədər), həmçinin Netflix, Twitch və ya Pornhub kimi əyləncə və ya striminq (streaming) xidmətlərindəki hesablara (hesab başına 8 ABŞ dollarına qədər) xüsusi tələbat var.

Fırıldaqçılar qəsb, fişinq və birbaşa pul oğurlamaq da daxil olmaqla, müxtəlif sxemlərdən istifadə edərək məlumatlardan gəlir qazana bilərlər. Üstəlik, bunları doksinq (orij. doxing - şəxsə və ya təşkilata aid özəl məlumatın araşdırılması, əldə edilməsi və ictimai yayımı) üçün istifadə edə bilərlər. Bu təcavüzkarların heç bir şantaj etmədən özəl məlumatları ictimai yayıma çıxarması ilə tanınan və getdikcə daha sürətlə yayılan bir fenomendir. Onların məqsədi pul qazanmaq deyil, hücum qurbanına zərər verməkdir. Bəzi hallarda doksinq bir qisas alma vasitəsi kimi tətbiq olunur ki, sonda xoşagəlməz və bəzən faciəli nəticələrə səbəb olur.

“Apardığımız sorğuya görə, 25-34 yaş arası respondentlərin 37 %-i məlumatlarının kiber cinayətkarlar üçün maraqlı olmadığını düşünməkdə yanılırlar. İnternetin kölgə seqmentinin təhlili göstərir ki, bu cür məlumatlar çox faydalı ola bilər. Şəxsi məlumatlar sahiblərinin onlayn olaraq nə dərəcədə ödəniş qabiliyyətli və aktiv olmasından asılı olmayaraq, bu cür forumlarda yüksək qiymətləndirilir. Sızmaların sayı artdıqca istifadəçilər üçün potensial risklərin sayı da artır. Məhz buna görə, sizi rəqəmsal dünyada ayıq və diqqətli davranmağa, kiber gigiyena qaydalarını xatırlamağa və məxfiliyə lazımi diqqət yetirməyə çağırırıq,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Özəl məlumatları qorumaq üçün “Kaspersky” bir sıra tövsiyələr edir.

Bütün hesablar üçün bənzərsiz mürəkkəb şifrələr seçmək (fərqli hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət 12 simvollu şifrə) tövsiyə olunur.

Mümkün olduqda iki faktorlu identifikasiyadan istifadə etmək, lazımi məxfilik parametrlərini quraşdırmaq (bu linkə keçid edərək bütün incəlikləri öyrənə bilərsiniz https://privacy.kaspersky.com/ru/), məlumatlarınızın təhlükə altında olub-olmadığını mütəmadi olaraq yoxlamaq (bunu haveibeenpowned.com kimi ixtisaslaşmış saytlarda edə bilərsiniz) məsləhətdir.

Bundan əlavə smartfondakı tətbiqlərə hansı icazələri verdiyinizə diqqət edin, məsələn, bir fənər tətbiqi adətən şəkillərinizə girişə ehtiyac duymur.

Həmçinin e-poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə klikləməyin, həmçinin məlumat daxil edəcəyiniz saytı diqqətlə yoxlayın, fişinq ola bilər.

Yalnız məlumat oğurlayan müxtəlif zərərli proqramlardan qoruyan deyil, həm də şifrələrinizi yaratmağa və təhlükəsiz saxlamağa kömək edən, zərərli proqram hücumlarının qarşısını almaq və bloklamaq üçün çox qatlı mühafizə vasitələrinə malik etibarlı bir təhlükəsizlik həlli quraşdırın, məsələn, Kaspersky Total Security kimi.

Son xəbərlər

Orphus sistemi