Pakistan Azərbaycanın "Azerspace-1" peykinin imkanlarından birgə istifadə etmək niyyətindədir

Pakistan Azərbaycanın "Azerspace-1" peykinin imkanlarından birgə istifadə etmək niyyətindədir Azərbaycan səfiri: "Bu sahədə ikitərəfli əməkdaşlığın yaradılması nəzərdə tutulur"
İKT
13 Fevral , 2017 10:42
Pakistan Azərbaycanın Azerspace-1 peykinin imkanlarından birgə istifadə etmək niyyətindədir

Bakı. 13 fevral. REPORT.AZ/ Pakistan Azərbaycan "Azerspace-1" telekommunikasiya peykinin imkanlarından birgə istifadə imkanlarını öyrənir.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib.

"Bu məsələ 2016-cı ildə ticari-iqtisadi əməkdaşlıq üzrə Pakistan-Azərbaycan hökumətlərarası komissiyanın iclasında müzakirə olunub. O zaman Azərbaycan Pakistan tərəfinə milli telekommunikasiya peykinin resurslarından istifadəni təklif edib", - deyə Ə.Əlizadə vurğulayıb.

O, bu məsələnin hazırda Pakistanın müvafiq qurumları tərəfindən nəzərdən keçirildiyini və bu sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması planlarının olduğunu əlavə edib.

Diplomat pakistanlı iş adamlarının Azərbaycanın texnoparklarına və sənaye rayonlarına sərmayə qoyulması imkanlarını nəzərdən keçirdiklərini də bildirib.

"Azərbaycanda artıq kifayət qədər texnoparklar və sənaye rayonları yaradılıb. Onlar sahibkarlıq fəaliyyəti üçün əlverişli şərtlər, vergi güzəştləri, sahibkarlıq fəaliyyəti üçün prosedurun sadələşdirilməsini və Pakistanın işgüzar dairələrini bu gün maraqlı olduqları xarici investisiyaların cəlb edilməsini təklif edir", - Ə.Əlizadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi