​Özbəkistan Azərbaycanla beynəlxalq telefon danışığı qiymətlərini qaldırır

​Özbəkistan Azərbaycanla beynəlxalq telefon danışığı qiymətlərini qaldırır İndi Azərbaycana zəngin bir dəqiqəsi 0,25 sentə başa gələcək
İKT
17 İyun , 2015 08:19
​Özbəkistan Azərbaycanla beynəlxalq telefon danışığı qiymətlərini qaldırır

Bakı. 17 İyun. REPORT.AZ/ İyulun 1-dən etibarən "Uzbektelekom" dövlət səhmdar şirkəti Özbəkistan ərazisində universal telekommunikasiya xidmətlərinə yeni tariflər tətbiq edəcək.

"Report" xəbər verir ki, yeni qiymətlər Kommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafı Nazirliyində öz təsdiqini tapıb.

Xüsusilə, şəhər ətrafında stasionar ev telefonlarından istifadəyə görə aylıq ödənişlərin həcmi artacaq: vaxtaşırı ödəniş ediləcəyi təqdirdə tarif 1,7 min sumdan 2.04 min sumadək qaldırılacaq. Kənd yerlərində telefondan istifadə dəyəri isə 715 sumdan 900 suma qədər artırılacaq.

"Uzbektelekom", həmçinin bir sıra MDB ölkələri ilə beynəlxalq telefon xidmətlərinin tariflərini artıracaq. İndi yerli sakinlərə Qafqaz regionu, eləcə də Azərbaycan ilə hər tam və yarımçıq dəqiqə telefon danışığı 625 suma (0.25 ABŞ dolları) başa gələcək (hazırda qiymət 500 suma (0.2 sent) bərabərdir).

Son xəbərlər

Orphus sistemi