“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib Bakı. 24 yanvar. REPORT.AZ/ “Kaspersky Lab”ın məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb.
İKT
24 Yanvar , 2019 17:45
“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Kaspersky Lab”ın məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb.

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, il ərzində “Kaspersky Lab”ın müdafiə həlləri 1 079 667 unikal zərərverici linki bloklayıb.

Mobil qurğular üçün təhdidlərə gəldikdə isə 2018-ci ildə Azərbaycanda bununla hər 20-ci istifadəçi qarşılaşıb. Bununla yanaşı, "Kaspersky Lab”ın həlləri 12 298 unikal zərərverici quraşdırma paketini, o cümlədən 1 269 bank troyanını bloklayıb.

Bununla belə, ötən il ərzində Azərbaycan istifadəçilərinin ən çox zərərverici proqram təminatı adı ilə qarşılaşdığı hücumlar kriptomaynerlər tərəfindən olub. Bu cür təhdidlərlə istifadəçilərin 10,2%-i qarşılaşıb.

“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və geniş imkanlarla yanaşı, yeni risklər də gətirir, əsasən də, kibertəhlükəsizlik məsələlərini lazımi diqqət yetirilmirsə. Kibercinayətkarlar mobil qurğulara hücumlara paralel olaraq özlər üçün yeni hədəflər də müəyyənləşdiriblər – kriptovalyutalar və blokçeyndə maliyyə sistemləri. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və onların qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən qorunmaq üçün “Kaspersky Lab” məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmamağı, əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırmağı, yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırmağı, bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə etməyi, qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə üzünü köçürməyi, əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməməyi və etibarlı müdafiə həlli quraşdırmağı tövsiyə edir. Bu həm də mobil qurğulara da aiddir.

Son xəbərlər

Orphus sistemi