“Oracle” və “Salesforce” şəxsi məlumatları satmaqda ittiham olunur

“Oracle” və “Salesforce” şəxsi məlumatları satmaqda ittiham olunur Kaliforniyada yerləşən “Oracle” və “Salesforce” İT şirkətlərinə qarşı istifadəçilərinin şəxsi məlumatlarını qanunsuz istifadə etmək, həmin şəxslərdən xəbərsiz olaraq üçüncü tərəfə ötürmək barədə Amsterdam məhkəməsində iddia qaldırılıb.
İKT
220
14 Avqust , 2020 20:59
“Oracle” və “Salesforce” şəxsi məlumatları satmaqda ittiham olunur

Kaliforniyada yerləşən “Oracle” və “Salesforce” informasiya telekommunikasiya şirkətlərinə qarşı istifadəçilərinin şəxsi məlumatlarını qanunsuz istifadə etmək, həmin şəxslərdən xəbərsiz olaraq üçüncü tərəfə ötürmək barədə Amsterdam məhkəməsində iddia qaldırılıb.

“Report” “The Times”a istinadən xəbər verir ki, “Privace Collective” adlı qeyri-kommersiya təşkilatı tərəfindən verilən iddiaya görə hər iki şirkət istifadəçilərinin şəxsi məlumatlarını müəyyən şirkətlər tərəfindən göndərilən "cookie" faylları vasitəsilə toplayaraq üçüncü şəxslərə satıblar. Sonra həmin məlumatlar sahiblərdən xəbərsiz olaraq müxtəlif onlayn reklam hərraclarında istifadə edilirmiş.

İddiaya görə, bu kimi əməllər Avropa İttifaqında qüvvədə olan şəxsi məlumatların müdafiəsinə dair ümumi qanuna ziddir. İddianın ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır. Yaxın günlərdə eyni iddianın London Yüksək Məhkəməsinə də təqdim olunması nəzərdə tutulur.

Orphus sistemi