NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İctimai Şuranın tərkibinin tam formalaşdırılması məqsədilə ötən gün nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında seçkilərin II tu
İKT
17 İyun , 2021 10:02
NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İctimai Şuranın tərkibinin tam formalaşdırılması məqsədilə ötən gün nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında seçkilərin II turu keçirilib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, seçkilərdə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 102 təmsilçisindən 95-I seçici qismində iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 95 seçki bülletenindən 10-u etibarsız sayılıb.

Səsvermədə ən çox səs toplamış 8 namizəd İctimai Şuranın tərkibindəki boş yerlərə Beləliklə, seşkilərin ilk turunda İctimai Şuranın tərkibinə seçilmiş iki namizəd də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın 10 nəfərdən ibarət tam tərkibi aşağıdakı kimi formalaşdırılıb:

Abasbəyli Siruz Hüseyn oğlu – “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri;

Eyyubov Fərhad Çinar oğlu – “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyinin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi;

Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü;

Pərdəşünas Fərid Bayram oğlu – Ölkə prezidenti tərəfindən 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb. “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” İctimai Birliyinin üzvü;

Son xəbərlər

Orphus sistemi