Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom” (AzInTelecom) MMC “yaddaş sistemi avadanlığına (Storage system)” texniki dəstək xidmətinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnfinitech” MMC-dir.
Qalib şirkətə 976,2 min manat ödəniləcək.