Bakı. 20 noyabr. REPORT.AZ/ Finlandiyanın öz mobil biznesini "Microsoft"a satan "Nokia" şirkəti "N1" planşetini nümayiş etdirib.
"Report" xəbər verir ki, bu barədə planşetin saytında bildirilir.
Apparat "Nokia"-nın "Microsoft"-un fin brendindən imtina etməsinə dair yayılan xəbərlərin ardından təqdim etdiyi ilk qadcet olacaq.
“Onlar deyirlər "Nokia" ölüb, daha olmayacaq. Onlar "Nokia"-nı dəfn etdilər. Mən isə deyirəm ki, onlar böyük səhv edirlər!” - deyə yeni planşetin təqdimatında şirkət məhsullarının satış direktoru Sebastyan Nüstrem bildirib.
Qurğu "Android" bazasında əvvəlcədən quraşdırılmış "Z-Launcher" proqramı ilə reallaşdırılıb. Mahiyyət ondan ibarətdir ki, istifadəçi ekranda hər hansı bir işarəni yazmaqla istənilən proqramı yükləyə bilər. Məsələn, Facebook-u açmaq üçün, ekrana "F" hərfini yazmaq kifayətdir.