Bakı. 7 fevral. REPORT.AZ/ "Nikoil Bank" ASC bu gündən etibarən cari ilin qalan dövrünə bütün server avadanlığının təchizatı üzrə açıq tender elan edib.
"Report" bu barədə Bankın yaydığı məlumata istinadən məlumat verir.
Tenderin predmeti "Hewlett Packard Enterprise" şirkətinin istehsalı olan avadanlıqlarının təchizatı üzrə ən yaxşı təklifdir. Təchizat müqavilə imzalandıqdan sonra 55 təqvim günündən gec olmayaraq Bankın baş ofisinin yerləşdiyi ünvanda (Bakı şəhəri, Puşkin küçəsi,30) həyata keçiriləcək.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini fevralın 16-dək "Nİkoil Bank"ın İdarə Heyətinin sədrinin adına ünvanlayaraq Bankın baş ofisinə təqdim etməlidir.
Bütün texniki suallarla əlaqəli