Bakıda "Kod İT" adlı konfrans keçirilib

Bakıda "Kod İT" adlı konfrans keçirilib İnformasiya təhlükəsizliyinə dair tədbirdə 24 şəhərdən iştirakçı qatılıb
İKT
25 May , 2017 20:15
Bakıda Kod İT adlı konfrans keçirilib

Bakı. 25 may. REPORT.AZ/ "Bakı bu gün informasiya təhlükəsizliyi paytaxtı olub."

"Report" xəbər verir ki, bu fikir Bakıda Rusiya, Belarus, Gürcüstan və Qazaxıstandan olan informasiya təhlükəsizliyi sahəsinin mütəxəssislərinin iştirakı ilə keçirilən "Kod İT" adlı konfransda deyilib.

Ümumiyyətlə, bu il tədbirə 24 şəhərdən iştirakçı qatılıb. Tədbirdə Andrey Brızqin (Moskva; "Group İB"), İlya Şabanov ("Anti- Malware.ru"), Rüstəm Xeyrəddinov ("InfoWatch"), Dmitri Manannikov ("SPSR Express"), Sergey Ananıç ("SearchInform" ; Moskva), Anton Solovey ("Falcongaze" ; Moskva) və digərləri çıxış ediblər.

Tədbirdə informasiya mühafizəsi texnologiyaları, antiviruslar, SİEM-sistemlər, hücumlardan kompleks müdafiə vasitələri və s. məsələlər nəzərdən keçirilib.

"Kod İT"də "Azericard", "ENCOTEC", "Expressbank", "MilliKart" MMC kimi yerli şirkətlər iştirak edib.

Son xəbərlər

Orphus sistemi