​NETTY2016-nın nominantları müəyyənləşib

​NETTY2016-nın nominantları müəyyənləşib Mükafatın qalibləri mayın 20-də mükafatlandırma mərasimində elan olunacaq
İKT
10 May , 2016 18:19
​NETTY2016-nın nominantları müəyyənləşib

Bakı. 10 may. REPORT.AZ/ NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyənləşib. “Report” xəbər verir ki, mükafatın qalibləri mayın 20-də mükafatlandırma mərasimində elan olunacaq.

Ekspert şurasının və virtual münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən, iştirakçı-saytların siyahısından mükafatın nominantları olan veb-saytlar, proqramlar və İT-layihələr seçilib.

Müsabiqənin qaliblərini müəyyən etmək üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.

Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri nominasiyalar üzrə qaliblər elan olunacaq. Eyni zamanda, “Mobil qurğular üçün ən yaxşı proqramlar” və “Şəbəkənin seçimi” nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək. Bu ildə müsabiqə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilir.

Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılan informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. 

Son xəbərlər

Orphus sistemi