“Neqsol Holding”in Ukrayna ofisinə yeni menecer təyin olunub

“Neqsol Holding”in Ukrayna ofisinə yeni menecer təyin olunub Bu, “NEQSOL Holding”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur
İKT
13 May , 2021 17:00
“Neqsol Holding”in Ukrayna ofisinə yeni menecer təyin olunub

“NEQSOL Holding” şirkətlər qrupunun Ukrayna ofisinə yeni ölkə meneceri təyin edilib.
“Report” xəbər verir ki, bu, “NEQSOL Holding”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur.
Qeyd edək ki, “NEQSOL Holding” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərir.
Hazırda “NEQSOL Holding”in tərkibinə Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən Nobel Upstream şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Nobel Oil Services şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə və Qazaxıstan fəaliyyət göstərir. Qrup "KCA Deutag", "Wood" və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.
2000-ci illərin əvvəllərində “NEQSOL Holding” telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.
2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. "Norm" şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.
Qeyd edək ki, “NEQSOL Holding” Azərbaycanın ilk mobil operatoru "Bakcell"in təsisçisidir. "Bakcell" 1996-cı ildə yaradılıb, onun nizamnamə kapitalı 9,908 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi