Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı istifadəyə veriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı istifadəyə veriləcək Hazırda iki nazirliyin birləşmə prosesi aparılır
İKT
2 İyun , 2017 19:41
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı istifadəyə veriləcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə www.mincom.gov.az saytında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adının dəyişdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qeyd edilməməsi ilə bağlı əsassız məlumatlar yer alır.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixində Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir. Hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin əsasnaməsi və strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır. KİV-də qeyd olunanların əksinə olaraq hər iki saytda ölkə başçısının müvafiq sərəncamları “Qanunvericilik” bölməsinin “Sərəncamlar” alt bölməsində yerləşdirilib.

Media nümayəndələrindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirləri kontekstindən çıxartmayaraq cəmiyyətə savadlı formada çatdırmaqda səylərini əsirgəməməyi xahiş edirik. 

Son xəbərlər

Orphus sistemi