Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq “Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özləri
İKT
10 Dekabr , 2020 17:20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq

“Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan videogörüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır”.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

“Xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər”, - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi