Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin martın 15-də, saat 12:00-da Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı martın 29-na dəyişdirilib.
İKT
12 Mart , 2019 09:45
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin martın 15-də, saat 12:00-da Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı martın 29-na dəyişdirilib.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Məlumata görə, nazir Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşları, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları nəqliyyat vasitələri ilə təmin edəcək. Bunun üçün Şabran rayonunda (023) 353-20-04, Quba rayonunda (023) 335-50-50, Qusar rayonunda (023) 385-31-57, Xaçmaz rayonunda (023) 325-22-18, Siyəzən rayonunda isə (023) 304-01-20 nömrəli telefonlara zəng etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi