Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bakı. 14 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. 
İKT
14 Fevral , 2018 17:41
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş fevralın 23-də, saat 12:30-da olacaq. Nazir Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşları, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları nəqliyyat vasitələri ilə təmin edəcək. 

Son xəbərlər

Orphus sistemi