Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşəcək Bakı. 27 mart. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 30-da, saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
İKT
27 Mart , 2018 14:06
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşəcək

Bakı. 27 mart. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 30-da, saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

"Report"a daxil olan məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər. 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qobustan rayonunda (020) 245 23 30

Şamaxı rayonunda (020) 265 13 07

Ağsu rayonunda (020) 226 28 75

İsmayıllı rayonunda isə (020) 285 44 44 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi