Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İmişlidə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İmişlidə vətəndaşlarla görüşəcək Qəbulda İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri də iştirak edə bilərlər
İKT
27 Fevral , 2017 14:04
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İmişlidə vətəndaşlarla görüşəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə görüşəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumata görə, R.Quluzadə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (994 12) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər. 

Son xəbərlər

Orphus sistemi