Bakı. 29 sentyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) ölkədəki telekommunikasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir. Həm “Aztelecom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb.
Bunu "Report"un sorğusuna cavab olaraq ölkə ərazisində internetin verilişində bu gün müşahidə edilən fasilələrlə əlaqədar NRYTN-dən bildiriblər.
"Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur", - deyə Nazirlikdən əlavə ediblər.