Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 8-də saat 10:00-da İmişli şəhərində Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinlərini qəbul edəcək.
Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbul İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula yazılmaq üçün fevralın 7-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (
