Nazir: "İnternet provayderlərin faəliyyətinin məhdudlaşdırılması gündəmdə deyil"

Nazir: "İnternet provayderlərin faəliyyətinin məhdudlaşdırılması gündəmdə deyil" Əli Abbasov: "Məqsəd özəl provayderlər arasında sağlam rəqabət yaratmaqdır"
İKT
173
28 Avqust , 2015 15:40
Nazir: İnternet provayderlərin faəliyyətinin məhdudlaşdırılması gündəmdə deyil

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanda kommersiya internet provayderlərinin faəliyyətinin məhdudlaşdırılması məsələsi gündəmdə deyil. 

"Report"  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: "Əksinə, internetin daha keyfiyyətli və sürətli şəkildə abunəçiyə çatdırılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq iş aparır". 

Nazir qeyd edib ki, əsas məqsəd özəl provayderlər arasında sağlam rəqabət mühitinin yaradılmasıdır: "Düzdür, bu gün ölkənin ikinci ən böyük şəhəri - Gəncəyə genişzolqalı internetin verilməsi 55% dövlət, 45% isə özəl provayedrlər tərəfindən həyata keçirilir. Lakin gələcəkdə "Aztelekom" İB kimi digər provayderlərin də xidmətlərinin genişləndirilməsini qarşımıza məqsəd qoymuşuq".

Son xəbərlər

Orphus sistemi