Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iyulun 12-də saat 12:00-da Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Göygöldə rayon sakinlərini qəbul edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bunun üçün vətəndaşlardan Gəncə şəhərində 022 267 10 59, Goranboy rayonunda 022 245 21 06, Göygöl rayonunda 022 205 50 13 nömrəli telefona zəng etmələri xahiş olunur.