Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 34 milyon 671,5 min manat olub.
“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.
Hesabat dövründə mobil rabitə xidmətinin dəyəri 25 milyon 974,8 min manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artıb.