“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir Bakı. 25 may. REPORT.AZ/ 28 May “Respublika günü” münasibətilə mobil operator “Nar” abunəçilərini təbrik edir.
İKT
25 May , 2018 17:46
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

Bakı. 25 may. REPORT.AZ/ 28 May “Respublika günü” münasibətilə mobil operator “Nar” abunəçilərini təbrik edir.

“Report” xəbər verir ki, “Nar”ın Turbo internet paketlərindən birini sifariş edərkən abunəçilər mobil operatordan bonus internet də əldə edirlər.

“Nar” abunəçiləri Turbo XS, S və M paketlərini sifariş edərkən 100 MB; Turbo L, L+, XL, 2XL və 3XL paketlərini sifariş edərkən isə 1GB bonus internet paketi qazanır. Bu kampaniya müstəqilliyimizin 100 illiyi münasibətilə keçirilir və kampaniyaya qoşulmaq üçün heç bir şərt yoxdur.

Kampaniya mayın 31-nə kimi davam edir. Təqdim olunan bonusların istifadə müddəti 7 gündür və kampaniya bitdikdən sonra da, əgər bonusun istifadə müddəti bitməyibsə, abunəçi bonuslardan istifadə edə bilər. Bonusları *777#20#YES şifrəsi ilə yoxlamaq mümkündür.

“Nar”ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.

Son xəbərlər

Orphus sistemi