“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları başlayıb

“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları başlayıb “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir
İKT
12 Sentyabr , 2017 18:42
“Nar”ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları başlayıb

Bakı. 12 sentybar. REPORT.AZ/ “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. 

Şirkətdən “Report”a verilən məlumata görə, artıq bir neçə ildir “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsoru olub.

Sentyabrın 10-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – doqquzuncu mövsümü başlayıb. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Dekabrın sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanır.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2017” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

Artıq üçüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

“Azerfon” şirkəti 2007-ci il martın 21-də “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi