“Nar” bayram münasibəti ilə “Turbo” paketlərini ucuzlaşdırıb

“Nar” bayram münasibəti ilə “Turbo” paketlərini ucuzlaşdırıb Bakı. 28 dekabr. REPORT.AZ/ Bayram günlərində “Nar” istifadəçiləri endirimli qiymətə daha çox internet əldə edə biləcəklər.
İKT
28 Dekabr , 2017 19:25
“Nar” bayram münasibəti ilə “Turbo” paketlərini ucuzlaşdırıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bayram günlərində “Nar” istifadəçiləri endirimli qiymətə daha çox internet əldə edə biləcəklər.

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

“Turbo” internet paketlərinin istifadəçilərinin yararlana biləcəyi endirimlər aşağıdakı kimidir:

İnternet paketin adı Məbləği (manatla) Paketin həcmi Paketin aktivləşdirmə şifrəsi
“Turbo S” paketi 1 200 MB *777#02#YES
“Turbo M” paketi 2 600 MB *777#03#YES
“Turbo S” paketi 3 1,5 GB *777#04#YES
“Turbo S” paketi 6 5 GB *777#045#YES
“Turbo S” paketi 9 7 GB *777#05#YES
“Turbo S” paketi 15 20 GB *777#06#YES
“Turbo S” paketi 20 40 GB *777#07#YES

Qeyd edək ki, kampaniyada paketlərdən birini 21 dekabr 2017-ci il, saat 23:59-dək son 30 gün ərzində sifariş etmiş abunəçilər iştirak edə biləcəklər. Kampaniyadan yalnız 29 dekabr 2017-ci il, saat 11:00-dan 31 dekabr 2017-ci il, saat 23:59-dək faydalanmaq mümkündür. Kampaniyada iştirak etmək hüququ qazanmış bütün abunəçilər müvafiq SMS-bildirişlər alacaqlar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi