"MyShops" mağazasının Bakıda yeni filialı açılıb - VİDEO

"MyShops" mağazasının Bakıda yeni filialı açılıb - VİDEO Bakı. 29 dekabr. REPORT.AZ/ Myshops mağazasının Bakıda yeni filialı açılıb.
İKT
2679
29 Dekabr , 2018 17:21
MyShops mağazasının Bakıda yeni filialı açılıb - VİDEO

Bakı. 29 dekabr. REPORT.AZ/ "Myshops" mağazasının Bakıda yeni filialı açılıb.

"Report" xəbər verir ki, bu gün fəaliyyətə başlayan mağaza şirkətin paytaxtda açılan üçüncü filialıdır.

Mağazanın satış direktoru Sultan-Əhmədi Fariz xatırladıb ki, “MyShops” şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsidir: "Hazırda şirkətin Bakıda 2 mağazası və 1 servis mərkəzi var. Bu gün açılan filial Bakıda sayca üçüncü mağazadır".

O bildirib ki, vətəndaşlar telefonu onlayn şəkildə Dubaydan da sifariş edə bilər: "Məhsulların çatdırılması tamamilə pulsuzdur. Məhsullar express poçt vasitəsilə ən qısa müddətdə göstərilən ünvana çatdırılır. Azərbaycanın istənilən bölgəsindən bütün sifarişlər qəbul edilir. Maksimum iki gün ərzində biz məhsulu Azərbaycanın istənilən bölgəsinə çatdıra bilərik. Məhsullar müştərilərə tam rəsmi zəmanətlə təqdim olunur".

Onun sözlərinə görə, mağazada olan məhsullar kreditlə də verilir: "Myshops" mağazalarında satış ödənişləri nağd, kredit, köçürmə yolu ilə həyata keçirilir. "MyShops" şirkətinin satdığı bütün məhsullar tam orijinal və beynəlxalq standartlara uyğundur. Bundan başqa şirkətin rəsmi servisi "MyService"də mövcuddur və bütün telefonların rəsmi zəmanətlə satışı həyata keçirilir. Mağazalarımız saat 10-dan axşam saat 8-dək fəaliyyət göstərir. Mağazada mobil telefondan əlavə noutbooklar, kompüterlər də satılır. Müştərilərimiz gəlib tanış ola bilərlər".

Qeyd edək ki, şirkətlər barədə ətraflı məlumatı myshops.az və myshops.ae saytlarından əldə etmək olar.

Xatırladaq ki, “My Shops” MMC sentyabrın 5-dən ABŞ-ın “Apple İnc.” korporasiyasının Azərbaycanda rəsmi tərəfdaşı olub. Hazırda “Myshops” mağazasından alınan bütün məhsullara "Apple"in yerli və beynəlxəlq servis zəmanəti hədiyyə olaraq təqdim olunur.

Şirkətlər barədə ətraflı məlumatı myshops.az və myshops.ae saytlarından və yaxud aşağıda göstərilən telefonlarla əldə etmək olar.

+994 55 889 89 89

+994 12 598 52 89

Facebook/Myshops

Instagram/Myshops

Son xəbərlər

Orphus sistemi