Azərbaycanın elektronika bazarında tezliklə yeni parlaq hadisə olacaq.
Eksklüziv smartfon və aksesuarları ilə tanınan "Vertu" uzun müddətdir ki, unikal dizaynla assosiasiya olunur. "Vertu"nun bir çox məhsulları status və incəliyin əsl simvoluna çevrilib. İndi azərbaycanlı müştərilər ölkə hüdudlarından kənara çıxmadan bu brendin bütün üstünlüklərindən yararlana biləcək.
Azərbaycanda ilk rəsmi "Vertu" mağazasının açılması təkcə keyfiyyətə və zərifliyə sadiqliyin əlaməti olmayacaq, həm də ölkədə lüks bazarın və yüksək səviyyəli cihazların inkişafında irəliyə doğru bir addım olacaq. Bu onu təsdiq edir ki, Azərbaycan incə zövqlü istehlakçıların ehtiyaclarını ödəməyə çalışan qlobal brendlər üçün getdikcə daha cəlbedici bir məkana çevrilir.

Rəsmi məlumatlara görə, "Vertu" mağazasının Azərbaycanda açılması yaxın aylarda gözlənilir. Bu mağaza müştərilərin "Vertu" məhsullarının geniş çeşidi ilə tanış ola biləcəyi, ixtisaslı məsləhətləri ala biləcəyi və brendin statusuna uyğun xidmətin göstərilməsi səviyyəsinin qiymətləndirə biləcəyi yer olacaq.
