Myanmada tvitter məhdudlaşdırılıb

Myanmada tvitter məhdudlaşdırılıb Myanmada cümə axşamından (04 fevral – Red) etibarən tvitter sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.
İKT
104
5 Fevral , 2021 22:41
Myanmada tvitter məhdudlaşdırılıb

Myanmada cümə axşamından (04 fevral – Red) etibarən tvitter sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq xidməti xəbər yayıb.

“Təsdiqləndi: tvitter Myanmada birdən çox mobil operatorlar tərəfindən məhdudlaşdırılıb. Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan (Bakı vaxtı ilə 19:30) etibarən əlaqənin itirildiyini göstərir ”, - xidmətdən bildirilib.

Xidmət həmçinin, feysbuk sosial şəbəkəsinin istifadəsinə qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq da edib.

Son xəbərlər

Orphus sistemi