"Azercell": Möbil nömrə satışının müvəqqəti dayandırılması yeni sistemə keçidlə əlaqədar olub

"Azercell": Möbil nömrə satışının müvəqqəti dayandırılması yeni sistemə keçidlə əlaqədar olub "Fevralın 1-dən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır"
İKT
2 Fevral , 2017 18:32
Azercell: Möbil nömrə satışının müvəqqəti dayandırılması yeni sistemə keçidlə əlaqədar olub

Bakı. 2 fevral. REPORT.AZ/ "Azercell Telekom" MMC nömrə satışının dayandırılması ilə əlaqədar yayılan xəbərlərlə bağlı açıqlama yayıb. 

Şirkətdən "Report"a verilən məlumata görə, fevralın 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır: "Bu, Nazirlər Kabinetinin və dövlət başçısının müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. "Azercell"in nömrə satışı dayandırılmayıb və adi qaydada aparılırdı. Çünki bütün "Azercell" diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcüd idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməsi müvəqqəti olaraq dayandırılıb. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir. Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz". 

Son xəbərlər

Orphus sistemi