Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında
RYTN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyul ayı ilə müqayisədə 22,6% artımın qeydə alındığı “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətinə ötən ay 49 469 dəfə müraciət edilib.
Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək tələb olunur.