“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin edilib

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin edilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus və hazırda ləğvetmə prosesində olan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin rəhbəri dəyişib.
İKT
26 Mart , 2022 14:34
“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus və hazırda ləğvetmə prosesində olan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin rəhbəri dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, quruma rəhbərlik müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadəyə tapşırılıb.

C. Hüseynzadə bu vəzifədə adıçəkilən şöbənin keçmiş müdiri Anar Qasımovu əvəz edib.

Qeyd edək ki, Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.

Son xəbərlər

Orphus sistemi