Bakı. 15 avqust.REPORT.AZ/ "Microsoft" Korporasiyası proqram təminatlarında boşluqları aradan qaldıraraq "Windows 8.1"-ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.
"Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, Korporasiya "Windows", "Internet Explorer", "Office", "SQL Server", "SharePointServer" və "NET Framework"də 37 boşluğu aradan qaldıran təhlükəsizlik üzrə 9 bülleten buraxıb. İki bülleten zəiflik səviyyəsinə görə "kritik" xarakter daşıyır, qalan 7-si "əhəmiyyətli" zəiflik səviyyəsi xarakteri daşıyır.