“Microsoft” 2-ci ən böyük texnoloji sövdələşməsi ilə bağlı AK-ya müraciət edib

“Microsoft” 2-ci ən böyük texnoloji sövdələşməsi ilə bağlı AK-ya müraciət edib ABŞ-ın texnologiya nəhəngi “Microsoft” süni intellekt və nitq texnologiyası “Nuance Communications” şirkətinin satınalınması ilə bağlı 16 milyard ABŞ dollarlıq təklifi üçün qeyd-şərtsiz Avropa İttifaqının antiinhisar təsdiqini almağa hazırlaşır.
İKT
11 Dekabr , 2021 14:05
“Microsoft”  2-ci ən böyük texnoloji sövdələşməsi ilə bağlı AK-ya müraciət edib

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” süni intellekt və nitq texnologiyası “Nuance Communications” şirkətinin satınalınması ilə bağlı 16 milyard ABŞ dollarlıq təklifi üçün qeyd-şərtsiz Avropa İttifaqının antiinhisar təsdiqini almağa hazırlaşır.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, bu, “Microsoft”un 2016-cı ildə 26,2 milyard ABŞ dollarlıq “LinkedIn” alışından sonra 2-ci ən böyük texnoloji sövdələşməsidir. Bu əməliyyat texnologiya nəhənglərinin yeni başlayan startapları və potensial rəqibləri satınalması və bağladığı “öldürücü satınalmalar” üzrə gücləndirilmiş tənzimləmə yoxlamalarını izləyir.

“Microsoft” bu ilin aprel ayında səhiyyə üçün bulud xidmətlərində iştirakını artıracaq "Nuance" ilə müqaviləsini elan edib və o, artıq ABŞ və Avstraliyada heç bir qanuni tənzimləmə həyata keçirilmədən tənzimləyicinin razılığını alıb.

Qeyd edək ki, öncül nitq texnologiyası kimi tanınan və “Apple”n “Siri” virtual asistentini başladılmasına kömək edən “Nuance” ABŞ xəstəxanalarının 77 %-nə xidmət göstərir.

Dekabrın 21-dək “Microsoft”un “Nuance” şirkətinin alınması təklifi ilə bağlı qərar verməsi planlaşdırılan Avropa Komissiyası şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi