Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb

Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxıb.
İKT
15 Oktyabr , 2021 13:41
Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 5000 tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

2014-сü ildən başlayaraq Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin ideyası, təşəbbüsü və səyi nəticəsində Azərbaycan memarlığına, korifey memarlarımızın yaradıcılığına həsr olunan poçt markalarının nəşrinə başlanılıb. Dövriyyəyə buraxılan markanın eskizi mövzuya uyğun olaraq tərtib edilib.

Şəbəkə sənəti XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir və qeyri-maddi mədəni irs nümunəsi sayılır.

Son xəbərlər

Orphus sistemi