Məlumat Hesablama Mərkəzi ötən il 3 milyon manatdan çox mənfəət əldə edib

Məlumat Hesablama Mərkəzi ötən il 3 milyon manatdan çox mənfəət əldə edib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Məlumat Hesablama Mərkəzi (MHM) 2018-ci ili 3,03 milyon manat mənfəətlə başa vurub.
İKT
3 İyun , 2019 17:24
Məlumat Hesablama Mərkəzi ötən il 3 milyon manatdan çox mənfəət əldə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Məlumat Hesablama Mərkəzi (MHM) 2018-ci ili 3,03 milyon manat mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən il MHM 25,225 milyon manat gəlir əldə edib. Qurumun xərcləri isə 22,195 milyon manat, o cümlədən əməkhaqqı və dövlət sosial sığorta haqqı üzrə xərcləri 4,453 milyon manat, sərf edilmiş materiallar üzrə xərcləri 227 min manat, amortizasiya xərcləri 2,201 milyon manat, sair əməliyyat xərcləri isə 15,314 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi