Azərbaycan “Qlobal Kibertəhlükəsizlik İndeksi”ndə 55-ci yerdə qərarlaşıb

Azərbaycan “Qlobal Kibertəhlükəsizlik İndeksi”ndə 55-ci yerdə qərarlaşıb Azərbaycan “Global Cybersecurity Index (GCI) – 2018”də (Qlobal Kibertəhlükəsizlik İndeksi) 0,653 xalla 55-ci yerdə qərarlaşıb.
İKT
8 Aprel , 2019 14:48
Azərbaycan “Qlobal Kibertəhlükəsizlik İndeksi”ndə 55-ci yerdə qərarlaşıb

Azərbaycan “Global Cybersecurity Index (GCI) – 2018”də (Qlobal Kibertəhlükəsizlik İndeksi) 0,653 xalla 55-ci yerdə qərarlaşıb. 

“Report” xəbər verir ki, bu reytinqi 2007-ci ildən Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) hazırlayır.

Məlumata görə, Azərbaycan ötən reytinq hesabatına nisbətən 7 pillə geriləyib. "GCI – 2018”də Ermənistan isə 0,495 xalla 79-cu yerdə qərarlaşıb. 

MDB ölkələri üzrə sıralamada isə Azərbaycan 4-cü, rəsmi Yerevan isə 6-ci pilləyə çatıb.

Qeyd edək ki, ITU-ya üzv olan 194 ölkənin iştirak etdiyi GCI-da ilk üçlüyü müvafiq olaraq Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransa bölüşür.

Son xəbərlər

Orphus sistemi