Maynerlər ötən ay 1 milyard dollara yaxın gəlir əldə edib

Maynerlər ötən ay 1 milyard dollara yaxın gəlir əldə edib Bu ilin iyul ayında dünya üzrə bitkoin maynerlərinin gəliri 970 milyard ABŞ dolları təşkil edib.
İKT
114
3 Avqust , 2021 15:31
Maynerlər ötən ay 1 milyard dollara yaxın gəlir əldə edib

Bu ilin iyul ayında dünya üzrə bitkoin maynerlərinin gəliri 970 milyard ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, iyun ayı ilə müqayisədə 131 milyard dollar çox olsa da, mart ayında qeydə alınmış maksimual həddən 780 milyard dollar azdır.

Xatırladaq ki, bu ilin may ayında Çin kriptovalyutalardan istifadə ilə həyata keçirilən əməliyyatlara qadağa qoyub. Bu, maynerlərin gəlirini azalda bilər.

Son xəbərlər

Orphus sistemi