Litvanın nəqliyyat və kommunikasiya naziri Azərbaycan səfirini qəbul edib

Litvanın nəqliyyat və kommunikasiya naziri Azərbaycan səfirini qəbul edib Görüşdə iki ölkə arasında İKT və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub
İKT
29 Avqust , 2014 17:11
Litvanın nəqliyyat və kommunikasiya naziri Azərbaycan səfirini qəbul edib
Bakı. 29 avqust.REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçus ilə görüşüb.

"Report"un xəbər verdiyi kimi, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.

Görüşdə İKT və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparalıb. 

Son xəbərlər

Orphus sistemi