"Lenovo Global Technology" Azərbaycanda törəmə şirkətini təsis edib

"Lenovo Global Technology" Azərbaycanda törəmə şirkətini təsis edib Vergilər Nazirliyi oktyabrın 16-da Lenovo Global Technology Azerbaijan MMC-ni dövlət qeydiyyatına alıb.
İKT
22 Oktyabr , 2019 16:30
Lenovo Global Technology Azərbaycanda törəmə şirkətini təsis edib

Vergilər Nazirliyi oktyabrın 16-da "Lenovo Global Technology Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb. 

Şirkətin qanuni nümayəndəsi Rusiya da daxil olmaqla MDB ölkələrində "Lenovo Global Technology"yə rəhbərlik edən Dmitri Parşindir.

"Lenovo Global Technology" şirkətinə data mərkəzləri üçün məhsullar istehsal edən 6 zavod, həmçinin 7 ETTKİ mərkəzi və dünyanın müxtəlif ölkələrində məlumat emalı mərkəzləri üzrə texnologiyaların təkmilləşdirilməsi üçün 46 laboratoriya məxsusdur. Şirkətin bütün qitələrdə nümayəndəlikləri var ki, o öz həlləri və xidmətlərini 160-dan çox ölkədə müştərilərə təqdim edir.

"Hüquqi şəxsin təsis olunması Azərbaycanın həm dövlət sektoru, həm də bank sahəsində həyata keçirilən irimiqyaslı layihələr sayəsində mümkün olub. Bu layihələrdən biri də Azərbaycan Mərkəzi Bankı üçün "Blokçeyn Texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemidir", – deyə "Lenovo Global Technology" şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri, Azərbaycan, Tacikistan və Türkmənistanda satış təmsilçisi Rasim Bəxşi bildirib. 

Son xəbərlər

Orphus sistemi