Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) direktoru Tural Kərimli Küveytin Azərbaycandakı səfiri Səud Əbdüleziz Əlrumi ilə görüşüb.
Bu barədə "Report"a YTP-dən məlumat verilib.
Məlumata görə, görüşdə səfirə Parkın fəaliyyəti, gələcək perspektivləri və Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək “Falcons Summit 2019” konfransı haqqında məlumat verilib.
Tədbirdə iştirak edəcək yerli və xarici startap layihələr, vençur fondlar və qabaqcıl beynəlxalq şirkətlər səfirin marağına səbəb olub. Küveyt nümayəndələri və investorları konfransa dəvət edilib.